İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın müxtəlif nöqtələrində yerləşdirilmiş “Bəsic” milis qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hava hücumlarına başladığını elan edib.
“Qafqazinfo” IDF-in “X” səhifəsinə istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Tehran daxilində “Bəsic” birliyinə məxsus 10-dan çox nəzarət-buraxılış məntəqəsini və hərbi mövqeni hədəf alıb.
Bildirilib ki, əməliyyatın məqsədi İran hakimiyyətinin daxili təhlükəsizlik və repressiya imkanlarını tamamilə sıradan çıxarmaqdır:
“Bəsic birliyinin komandiri zərərsizləşdirildikdən sonra, son saatlarda hərbi aviasiyamız Tehran boyu yerləşdirilmiş əsgər və mövqelərə zərbələr endirir”.
İsrail hərbi rəhbərliyi hücumların “İran terror rejiminin nüvə sistemlərinə və əsas sütunlarına endirilən dərin zərbələrin davamı” olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, SEPAH “Bəsic” bölməsinin komandiri Qulamrza Süleymaninin ölümünü təsdiqləyib.
Xatırladaq ki, hücumlardan bir neçə saat əvvəl İsrail Müdafiə naziri İsrael Katz “Bəsic” komandiri Qulamrza Süleymani və İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləmişdi.
Son xəbərlər
Son Xəbərlər