İdmançımız erməniyə qalib gəlib medal qazandı- - Video+Yenilənib

idmancimiz-ermeniye-qalib-gelib-medal-qazandi-
Oxunma sayı: 4844


"Qafqazinfo" xәbәr verir ki, o, ermәni idmançı Roman Amoyanla qarşılaşır.

***

İdmançımız 1:0 hesabı ilə öndədir. 

***

Elman Muxtarov erməni idmançıdan 6:0 hesabı ilə məğlub edir. 

***

Rəqib 1 xal qazanır. Hesab 6:1.

***

Elmandan növbəti xal. Hesab 7:1.

***

Elman Muxtarov Roman Amoyanı 9:1 hesabı ilə məğlub etdi və bürünc medal qazandı. 

***

Elman Muxtarov “Qafqazinfo”ya açıqlamasında qələbə haqda fikirlərini bölüşüb:

“Çox xoşbәxtәm ki, ermәni idmançıya qalib gәldim. O bizim düşmәnimiz olduğu üçün heç vaxt düşünmürdüm ki, ona mәğlub olaram. Ermәni idmançı haqqında әvvәlcәdәn maraqlanmışdım.Vәtәnimdә ermәni bayrağının qalxmasına imkan verә bilmәzdim. Rövşәn Bayramovun da mәnә çox kömәyi dәydi. Ermәni döyüşçü ilә görüşdәn әvvәl o, necә gülәşәcәyim haqqında mәlumat verdi. London olimpiadasının iştirakçısı idi. Sevinirәm ki, mәn ona heç bir şans vermәdim. Ümumiyyәtlә görüşәlərim çәtin keçdi. İlk görüşdә gürcü gülәşçini udsam da, Norveç idmançısına mәğlub oldum. İstirahәtin az olmasın  görә mәğlub oldum norveçliyә. Tәәssüf ki, qızıl medal qazana bilmәdim”.