İfşa videosu yayılan aparıcı istefa verdi - Video

ifsa-videosu-yayilan-aparici-istefa-verdi
Oxunma sayı: 10825

Məşhur aparıcı Ece Erken ötən gün sevgilisi Şafak Mahmutyazıcıoğlunun xanımı Benan Mahmutyazıcıoğlunun ifşa videosundan sonra Bəyaz TV ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, “Söylemezsem Olmaz” maqazin proqramının aparıcısı canlı efirə çıxaraq böhtanlardan yorulduğunu, tətilə çıxdığını açıqlayıb:

“Bilmədən mühakimə edirlər. Çətin bir gecə oldu, çox kədərləndim. Allaha güvənirəm, həqiqətlərin ortaya çıxacağına inanıram. Heç kəs mənim işdən ayrılmağımı tələb etmədi. İstefa ərizəmi yazdım, TV ilə yollarımı ayırıram”.

Bundan əvvəl isə sənətçinin evli sevgilisi Şafak Mahmutyazıcıoğlu verilişə telefonla bağlanaraq E. Erkenlə münasibətindən peşman olmadığını qeyd edib: “Bu münasibətin arxasındayam! Videoda görüntülənən maşınlar mənimdir. Uşaq kimi əsəbiləşib, maşınlara zərər verib.  şİkayətçi deyiləm. Bir xəta varsa, günahkar mənəm. İnsan ürəyinə hakim ola bilmir. Məndə də belə oldu”. 

Xatırladaq ki, E. Erken Benanın mənzilinin qarşısına gələrək onun şəxsi avtomobillərinin güzgülərini sındırmışdı.

B. Mahmutyazıcıoğlu təhlükəsizlik kameralarında əks olunan görüntüləri sosial şəbəkədə yaymış, həmçinin hüquq-mühafizə orqanlarına müraciət etmişdi.