“Xəzər TV”nin əməkdaşı, jurnalist Kərəm Ələsgərova daha bir ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, onun atası Yuri Ələsgərov bu gün axşam saatlarında dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, mərhum böyrək xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, K.Ələsgərov təxminən iki ay öncə anası Səfurə Ələsgərovanı da xəstəlik səbəbindən itirib.
Son xəbərlər
Son Xəbərlər