“İki il əvvəl biz “salamatam” xəbəri gözləyirdik, o isə şəhid oldu”

iki-il-evvel-biz-salamatam-xeberi-gozleyirdik-o-ise-sehid-oldu
Oxunma sayı: 4233

“İki il əvvəl biz “salamatam” xəbəri gözləyirdik, o isə şəhid oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vətən müharibəsinin şəhidi Rövşən İsmayılovun bibisi, tanınmış jurnalist Xədicə İsmayıl öz feysbuk səhifəsində yazıb.  

“Qaçmadı, gizlənmədi, yaralı halda döyüşə getdi. Xoş xatirələrini, qəhrəmanlıq tarixçəsini və heç nə ilə ovunmayan acını qoydu bizə.

Kaş vətən də sağ olsun, balalar da. Amma o xoşbəxt nağıllar bizim coğrafiyanın nəsibi deyil...”, - deyə jurnalist qeyd edib.