"Qafqazinfo" xəbər verir ki, "Qarabağ" ilk matçdakı nəticəsi ilə "Red Bull"un yarısını "içə bilib". Cavab matçının hansı nəticə ilə başa çatacağı böyük səbirsizliklə gözlənilir. Lakin bu oyunda təmsilçimizin passivinə yazdırdığı iki qırmızı vərəqə rəqib üçün əlavə üstünlük yaradıb. Baxmayaraq ki, "Qarabağ" hesabda 1-0 öndə olduğu bir vaxtda rəqib komandanın futbolçusu Şvegler qırmızı vərəqə alaraq meydandan qovulub. Onun ardınca isə komandamızın futbolçusu Admir Telli peşəkar futbolçuya yaraşmayan bir hərəkətlə, bilərəkdən əllə oynayaraq qırmızı vərəqə (ikinci sarı vərəqədən sonra) alıb və oyunu yarımçıq tərk edib. Bundan sonra matçın təşəbbüsü tam olaraq "Zalsburq"un əlinə keçib. Avstriya klubu bir neçə dəfə real qol şansı əldə edib. Lakin qapıçı Şehiçin və "Qarabağ"ın bəxti hesabın bərabərləşməsinə mane olub. Buna baxmayaraq, "Zalsburq"un futbolçusu Kristof 77-ci dəqiqədə bərabərlik qolunu vura bilib. İkinci hissədə baş məşqçi Qurban Qurbanovun oyuna daxil etdiyi futbolçu İlqar Qurbanovun mükəmməl ötürməsini matçın ən güclü, ən sürətli futbolçusu Reynaldo "Qarabağ"ın qələbə qolunu vurub. Reynaldo qələbəni doyunca bayram etməyə macal tapmamış rəqib futbolçuya qarşı edilmiş kobudluq qırmızı vərəqə ilə sonlanıb.Nəticə etibari ilə təmsilçimizin ən əsas qol ümidlərindən olan Reynaldo meydandan qovulub. Bu azmış kimi, o, cavab matçında da iştirakdan məhrum olub. Bu da Ağdam təmsilçisinin növbəti mərhələyə adlaması yolunda ciddi maneə ola bilər.
Qeyd edək ki, bu cütlüyün cavab matçı avqustun 6-da keçiriləcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər