Tanınmış türkiyəli köşə yazarı, “Tarafsız bölge” siyasi proqramının aparıcısı Ahmet Hakan “Hürriyet” qəzetindəki son yazısında Azərbaycan Prezidenti İlham Əliyev haqda yazıb.
“Qafqazinfo” xəbər verir ki, A.Hakan “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı yazısında Azərbaycan liderinin son illərdə qazandığı uğurları qeyd edib.
O, İlham Əliyevin dünya lideri kimi özünü təsdiqlətməsini belə əsaslandırıb:
" - Türkiyə ilə sarsılmaz bağlar yaratdı.
- Ərdoğan ilə taleyini birləşdirdi.
- Ordusunu modernləşdirdi.
- Qarabağdakı 30 illik işğala son qoydu.
- Böyük bir travmaya son qoydu, xalqının xəyalını gerçəkləşdirdi.
- Qərbin dəstəklədiyi Ermənistanı məğlub etdi.
- Ermənistanın bütün niyyətlərini puç etdi.
- Rusiya və Qərb arasında inanılmaz müvazinət siyasəti həyata keçirdi.
- Həm meydanda, həm siyası masada qələbə qazandı.
- İnanılmaz bir diplomatiya həyata keçirdi.
* Kim nə deyirsə, desin, İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir".