İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik

ilham-eliyevden-estoniyali-hemkarina
Oxunma sayı: 224

Prezident İlham Əliyev Estoniya Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.