İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq

ilham-eliyev-ve-vladimir-putin-beyanname-imzalayacaq
Oxunma sayı: 5520

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək. 

“Qafqazinfo”nun Kremlin Mətbuat xidmətinə istinadən məlumatına görə, Prezident fevralın 22-si Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Bildirilir ki, səfər zamanı İlham Əliyev və Vladimir Putin Qarabağla bağlı bəyanatların icrasını müzakirə edəcəklər.

“Görüş zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.