Sabir Gülmirzə oğlu İlyasov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Sabir Gülmirzə oğlu İlyasov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidentidir. O, 2008-ci ildən bəri bu vəzifəni icra edir.
Xatırladaq ki, ötən gün S.İlyasov 80 illik yubiliyeni qeyd edib.
Son xəbərlər
Son Xəbərlər