İlham Əliyevin əmlakı barədə arayış təqdim edildi

ilham-eliyevin-emlaki-barede-arayis-teqdim-edildi
Oxunma sayı: 5615


 Bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib. “Seçki Məcəlləsinin tələblərinə görə, müvafiq sənədlərlə birlikdə əmlak və gəlirlər barədə məlumatlar Komissiyaya təqdim olunmalıdır. Bu məlumatların ictimaiyyətə açıqlanması namizədlərin öz işidir. Mərkəzi Seçki Komissiyası bu informasiyaları cəmiyyətə yaymaq üçün almır. Əmlak haqqında arayış, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, toplanan imzalarla birlikdə MSK-ya daxil olur”.

Mikayıl Rəhimov imzatoplama kampaniyasını yekunlaşdıran Zahid Orucun da imza vərəqələri ilə birgə əmlak və gəlirləri haqqında arayışı da MSK-ya təqdim etdiyini bildirib. /Modern.az/