İlin ən uzun gecəsi - payızın son və qışın ilk gecəsidir. Bu gecədən sonra gecələr qısa, gündüzlər uzun olur.
Yəni, gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olur.
Bəzi ölkələrdə bu gecəni günəşin yenidən doğulması kimi qəbul edirlər. Şərq alimi Əbu Reyhan Biruni qışın başlanğıcı olan gecəsini “böyük bayram” adlandırıb.
Xristianlar bu gecəni “Məsihin doğulma bayramına” uyğun hesab edirlər. Yalda gecəsi böyük qış gündönümünün başlandığı gecəyə təsadüf edir və insanlar qədim adət-ənənəyə görə, bu gecəninin sonuna, yaxud səhərə qədər birlikdə yay və payız yeməkləri, qəlyanaltılar, xüsusən də nar və qarpız, meyvə və qoz-fındıq yeyirlər.
Son xəbərlər
Son Xəbərlər