İlin ilk Günəş tutulması olub - Yenilənib

ilin-ilk-gunes-tutulmasi-olub
Oxunma sayı: 3600

Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

“Qafqazinfo” xəbər verir ki, tutulma saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.

Tutulmanın maksimumu saat 14:48:36-da olacaq.

Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.

Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

***

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.