İlk xarici səfəri Brüsselə olacaq

ilk-xarici-seferi-brussele-olacaq
Oxunma sayı: 2857

Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzenin hökumət başçısı kimi ilk xarici səfəri Brüsselə olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kobaxidze bu haqda jurnalistlərə bildirib:

“Mənim ilk xarici səfərim artıq fevralın 20-21-nə Brüsselə planlaşdırılıb və bu, həm Avropa İttifaqına, həm də NATO-ya aiddir. Gündəlik də müəyyən edilib”.