İllər sonra barışdılar - Video

iller-sonra-barisdilar
Oxunma sayı: 7796

Ötən gün Xalq artisti Aygün Kazımova 53 yaşını qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər restoranlarının birində baş tutan məclisdə pop-divanın dostları, sənət yoldaşları iştirak ediblər.

Onların arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, müğənnilər Nura Suri, Elçin Cəfərov, Rəsul Əfəndiyev, Xəyyam Nisanov, rəqqasə Fatimə Fətəliyeva, aparıcılar Afaq Gəncəli, Leyla Quliyeva və digərləri olub.

Gecənin ən yaddaqalan məqamlarından biri 2021-ci ildən bəri küsülü olan müğənni Samir Bağırovla səbəbkarın barışması olub. Onlar Z. Xanbabayevanın ifasının sədaları altında rəqs ediblər.

A. Kazımovanın qızı İlqarə Kazımova da gecədə iştirak edib, mahnı oxuyub.

Həmin görüntüləri təqdim edirik: