Türkiyənin məşhur “Sihirli Annem” serialının aktrisaları - İnci Türkay, Zeynep Özkaya, Gizem Güven Londonda bir araya gəliblər.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Qeyd edək ki, 2003-2012-ci illərdə yayımlanan serialda İnci Türkay “Betüş”, Zeynep Özkaya “Çilek”, Gizem Güven isə “Ceren”i canlandırıb.