Məşhur e-ticarət platforması “Temu” Türkiyədəki fəaliyyətində köklü dəyişiklik edərək xaricdən məhsul satışını rəsmən dayandırıb.
“Qafqazinfo” GZT-yə istinadla xəbər verir ki, bu gündən etibarən platforma Türkiyədəki istifadəçiləri üçün beynəlxalq sifarişləri tamamilə qeyri-aktiv edib.
Hazırda sayt və tətbiq üzərindən axtarış edən müştərilər yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən və yerli satıcılara məxsus məhsulları görə bilirlər.
Xatırladaq ki, yanvarın 21-də Türkiyə Rəqabət Qurumu tərəfindən “Temu”nun İstanbul ofisində qəfil yoxlama aparılıb və şirkətin rəqəmsal məlumatları araşdırılıb.
Bundan əlavə, Türkiyə hökuməti yanvarın 7-də dərc edilən yeni qərarla xaricdən gələn bağlamalar üçün tətbiq olunan 30 avroluq (təxminən 60 AZN) rüsumsuz limiti fevralın 1-dən (bəzi bəndlər üzrə isə 6-dan) etibarən tamamilə ləğv edib.
Son xəbərlər
Son Xəbərlər