Amerikalı milyarder İlon Mask kömək üçün Qərb müttəfiqlərinə müraciət edən Ukrayna Prezidenti Volodimir Zelenskini ələ salıb.
“Qafqazinfo” xəbər verir ki, Mask “MEME”i “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Şəkildə Zelenskinin üzü ilə əvəzlənmiş gərgin görünən bir şəxs təsvir olunur.
“Beş dəqiqə keçdi və sən hələ də bir milyard dollar yardım istəməmisən”, - deyə paylaşımda qeyd olunub.
Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.