İmamoğlu bazarda satıcı ilə mübahisə etdi - Video

imamoglu-bazarda-satici-ile-mubahise-etdi
Oxunma sayı: 3575

Türkiyənin “Millət İttifaqı”nın sədr müavini və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Bayrampaşada bazarı ziyarət edərkən insident yaşanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bazarda işləyən satıcılardan biri ilə İmamoğlu arasında mübahisə yaranıb. 

Məlumata görə, sözügedən satıcı “PKK-lılar gəlməsin, PKK-nın yanında olanları istəmirik” deyərək İmamoğlunun səfərinə etiraz edib. İmamoğlunun satıcının sözlərinə kəskin reaksiya verdiyi və onu “əxlaqsız” adlandırdığı qeyd olunur.

Bildirilir ki, İmamoğlu daha sonradan satıcını polisə şikayət edib və həmin şəxs saxlanılıb. Polis bölməsində ifadə verən satıcı sərbəst buraxılıb.