İmişli sakini Gəncədə quyuya düşüb öldü

imisli-sakini-gencede-quyuya-dusub-oldu
Oxunma sayı: 2633

Gəncədə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İmişli sakini Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.

Xəstəxanaya yerləşdirilən 47 yaşlı kişi həkimlərin tibbi müayinəsinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev