İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib - Yenilənib

imislide-11-yasli-qiz-hamilelik-diaqnozu-ile-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 10347

Azərbaycanda 11 yaşlı qız hamilə qalıb.

Bu barədə "Qafqazinfo"ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə İmişli rayonunda baş verib. Azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

İmişli Rayon Mərkəzi Xəstəxanasından saytımıza məlumatı təsdiqləyiblər. Bildirilib ki, azyaşlı xəstəxanaya bir neçə gün bundan əvvəl daxil olub. Onun 31 həftəlik hamilə olduğu qeyd edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

***

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, uşaq keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil.

Həmçinin oxuyun: “Alpinist” generalın oğlunun evindən bu qədər qızıl oğurlayıb