İmişlidə abadlıq-quruculuq işləri davam etdirilir - Fotolar

imislide-abadliq-quruculuq-isleri-davam-etdirilir
Oxunma sayı: 1460

Həyata keçirilən tədbirlər çərçivəsində cari ildə İmişli şəhəri ərazisində 5 küçənin avtomobil yollarında əsaslı təmir işləri aparılmışdı.

“Qafqaiznfo” xəbər verir ki, asfaltlaşma işləri İmişli şəhərinin H.Aslanov, N.Nərimanov, Ə.Vahid, İ.Həsənoğlu, M.Sadıqcan və Z.Şükürov küçələrində davam etdirilməklə cari ildə əsaslı təmir işləri görülən küçələrin sayı 11-ə çatdırılıb.

Həmin küçələrin avtomobil yollarında texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından yol əsasının alt və üst layının tikintisi işləri görülərək yeni yol yatağı inşa edilib. Sonra avtomobil yollarına yeni asfalt-beton örtüyü salınıb. Görülən işlər sözügedən küçələrdə yaşayan sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İmişli rayonunda əsaslı təmir işləri nəzərdə tutulan digər küçələrdə də mərhələli şəkildə yenidən qurma işləri davam etdiriləcək.