“İmkansızlıqdan toy edə bilmirdim” - ATV-nin aparıcısı

imkansizliqdan-toy-ede-bilmirdim
Oxunma sayı: 6213

“ATV”-nin aparıcısı, aktyor İslam Mehrəliyev oktyabrın 1-də baş tutacaq toyundan danışıb.

“Qafqazinfo”ya açıqlamasında aparıcı toyunun mediaya qapalı olduğunu bildirib:

“Oktyabrın 1-i toyum baş tutacaq. 4 ildir ki, nişanlıyam, imkansızlıqdan toy edə bilmirdim. Toy şəhər restoranlarının birində baş tutacaq. Toya media nümayəndələrini dəvət etməmişəm. hələ ki, mediaya qapalı olmasını istəyirəm. İstəmirəm ki, qonaqlar narahat olsun. Ailəmin göz önündə olmasını sevmirəm”.

Qeyd edək ki, aparıcı Nəzrin adlı xanımla ailə quracaq. Cütlük “Ben Bilmem, Eşim Bilir” proqramının iştirakçısı olub.

Könül