İmran Xanın məhkəməsi davam etdirilir

imran-xanin-mehkemesi-davam-etdirilir
Oxunma sayı: 1664

Pakistanda keçmiş Baş nazir İmran Xanın məhkəməsi açıq şəkildə davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, ictimaiyyət nümayəndələrinin məhkəmə iclaslarında iştirakına icazə verilib.

İmran Xana qarşı yeni iş dövlət sirri haqqında qanunun pozulması ilə bağlıdır.

Xatırladaq ki, əvvəllər siyasətçi xarici məmurlardan dövlət məmurlarına verilən hədiyyələrin saxlandığı dövlət xəzinəsindən qiymətli əşyaların qanunsuz satışı işində təqsirli bilinib. Ümumilikdə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb.

Qeyd edək ki, avqust ayında Xan üç il müddətinə azadlıqdan məhrum edilib.