İmran Xanın müşavirinin üzünə “kislota” atılıb

imran-xanin-musavirinin-uzune-kislota-atilib
Oxunma sayı: 1349

Naməlum şəxs Pakistanın keçmiş Baş naziri və “Ədalət naminə hərəkat” partiyasının rəhbəri İmran Xanın müşaviri Şəhzad Əkbərin üzünə “kislota” atıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Independent” qəzeti yayıb. 

Hadisə Britaniyanın Hartfordşir qraflığında Əkbərin evinin yaxınlığında baş verib. 

O bildirib ki, naməlum şəxs 4 yaşlı qızının gözü qarşısında onun üzünə “kislota” atıb. Əkbər eynək taxdığından gözlərinə ziyan dəyməyib. Xəstəxanaya çatdırılan pakistanlı müşavir 8 saatdan sonra evə buraxılıb. 

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.