Şamaxıda Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - Foto

samaxida-heyder-eliyevin-101-ci-ildonumu-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1067

Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü Şamaxı rayonunda qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə icra başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon Ağsaqqallar şurasının sədri Mayıl Alcanov xalqımızın mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda dahi lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıblar. 

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Heydər Əliyev obrazı təsviri sənətdə” adlı kitabının təqdimatı keçirilib. Kitabda Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş rəssamlıq, heykəltaraşlıq və digər təsviri sənət nümunələri toplanaraq oxuculara təqdim edilir.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.