İnam Kərimov Şamaxıda vətəndaşları qəbul etdi

inam-kerimov-samaxida-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1906

Kənd təsərrüfatı naziri İnam Kərimov martın 31-də Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qobustan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“Qafqazinfo” xəbər verir ki, İnam Kərimov Şamaxı Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 59 nəfərin müraciətinə baxılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib.