İndiyədək 14 milyona yaxın doza vaksin vurulub

indiyedek-14-milyona-yaxin-doza-vaksin-vurulub
Oxunma sayı: 679

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 246 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 146, ikinci doza üzrə 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 38-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12-dir.