İndiyədək kütləvi məzarlıqlardan tapılan insan meyit qalıqlarının sayı açıqlandı

indiyedek-kutlevi-mezarliqlardan-tapilan-insan-meyit-qaliqlarinin-sayi-aciqlandi
Oxunma sayı: 2178

İndiyədək aşlarlanan kütləvi məzarlıqlardan tapılan insan meyit qalıqlarının sayı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyədək ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb:

“Kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb”.