İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib

ingiltere-60-il-sonra-dc-de-mukafat-qazandi
Oxunma sayı: 7340

 

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək. 

Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. 

Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub. 

Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

DÇ-2026

3-cü yer matçı

01:00. Fransa - İngiltərə

***

Matç başladı.

***

Rays 3-cü dəqiqədə İngiltərəni hesabda önə keçirir.

***

Konsa 19-cu dəqiqədə hesabı 2:0 edir. 

***

İngiltərə Fransaya 3-cü qolu vurur. Saka 37-ci dəqiqədə fərqlənir.

***

İngiltərə 4-cü qolu vurur. Saka 45+2-ci dəqiqədə dubl edir. 

***

Matçda fasilə.

***

İkinci hissə başladı. 

***

Mbappe hesab arasındakı fərqi azaldır. O, 48-ci dəqiqədə rəqib qapısına yol tapır. 

***

Barkola fərqi 2 topa endirir.

***

Kilian Mbappe fərqi minumuma endirir. O, 67-ci dəqiqədə fərqlənir.

***

88-ci dəqiqədə Bukayo Saka hesabı 3:5 edir. 

***

Dembele 90+6-cı dəqiqədə hesabı 4:5 edir.

***

90+8-ci dəqiqədə Bellinqem hesabı 4:6 edir. Bu oyunda vurulan 10-cu qoldur. 

***

Matç başa çatdı. İngiltərə dünya çempionatının bürünc medallarına sahib çıxdı.

İngiltərə yığması 1966-cı il çempionluğundan sonra ilk dəfə mundialda medal qazandı.