İngiltərə kubokunun da başlayacağı vaxt bilindi

ingiltere-kubokunun-da-baslayacagi-vaxt-bilindi
Oxunma sayı: 1076

Koronavirusa görə dayandırılan futbol üzrə İngiltərə kubokunun yeni təqvimi açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq.

İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

İngiltərə kuboku
1/4 final

Lester – Çelsi
Nyukasl – Mançester Siti
Şeffild Yunayted – Arsenal
Norviç – Mançester Yunayted