İngiltərə və Almaniyadakı bu oyunlar böyük müzakirələr yaratdı - Video

ingiltere-ve-almaniyadaki-bu-oyunlar-boyuk-muzakireler-yaratdi
Oxunma sayı: 2330

Ötən həftə İngiltərə və Almaniyada keçirilmiş oyunlar dünya mətbuatının gündəminə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, qitənin nüfuzlu nəşrləri İngiltərə Kubokunda baş tutmuş “Notts Kaunti” – “Şrusberi Taun” və Bundesliqa 2-də oynanılmış “Sankt Pauli” – “Hamburq” matçlarında qumar oynanıldığı barədə iddalar irəli sürür. 

“Notts Kaunti” – “Şrusberi Taun” matçında qonaqların vurduğu qolların 3-ü də şübhəli olaraq göstərilir. 

“Sank Pauli” – “Hamburq” matçında isə meydan sahiblərinin qapıçısı Hoyer Fernandeş gözlənilməz avtoqolla yadda qalıb. 

Hazırda bu matçlar barədə UEFA-ya da şikayətlər göndərilib. Azarkeşlər və media hər iki oyunun araşdırılmasını tələb edir.