“İnsanların mənə belə davranması xoşuma gəlmir”

insanlarin-mene-bele-davranmasi-xosuma-gelmir
Oxunma sayı: 3893

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi Qətərdə 2022-ci ildə keçirilən dünya çempionatında Niderland millisinin baş məşqçisi Lui van Qalın davranışından qəzəbləndiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “ESPN” məlumat yayıb.

“Mən qətiyyən özümü itirmədim, insanlar meydandan kənarda çox danışanda və rəqibinə hörmət etməyəndə çox əsəbiləşirəm. Mən bunu əvvəllər heç vaxt etməmişəm. Meydanda hər şey ola bilər və orada qalacaq. Matçdan əvvəl ona hörmətsizlik etməmişəm, insanların mənə belə davranması xoşuma gəlmir. Düşünürəm ki, Van Qal matç zamanı məni qəsdən təxribata çəkdi. Van Qala bu jesti göstərəndə avtomatik olaraq peşman oldum”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Argentina və Niderland arasında 1/4 final oyunundan əvvəl Van Qal bildirib ki, “rəqib topa yaxşı sahib olsa, Messi zəif oynayır”.

Oyundan sonra Messi Van Qala təxribat xarakterli jest göstərib. Daha sonra onu Argentina milli komandasına qarşı oyun ərəfəsində ifadə olunan hörmətsizlik və təxribat xarakterli sözlərdə ittiham edib.