“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Harvard və Massaçuets Texniki Universiteti (MTU) internet vasitəsilə birgə dərs verəcək.
“EdX” layihəsinə 60 milyon dollar məbləğində vəsaitin ayrıldığını bildirən universitet rəhbərliyi tədrisin MTU-nun virtual laboratoriyalarının və interaktiv təlimlərinin yerləşdiyi onlayn təhsil proqramı əsasında həyata keçiriləcəyini bildirib.
MTU-nun rektoru Suzan Hokfild açıqlamasında “EdX”-nin milyonlarla insana təhsil almaq üçün yeni fürsətlər verdiyini deyib. Habelə Hokfild birgə təhsilin ilk mərhələsinin sentyabr ayında başlayacağını ifadə edib.