“Son illər ərzində ümumi təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasında ciddi artım qeydə alınıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 2017-ci ildə cəmi 171 məktəb genişzolaqlı internetlə təmin olunmuşdusa, bu göstərici 2021-ci ildə 1 159-a, 2023-cü ildə 1 737-yə yüksəlib. 2024-cü ildə kəskin artım qeydə alınaraq 2 906 məktəb genişzolaqlı şəbəkəyə qoşulub. 2026-cı ildə isə bu rəqəm 2 957-yə çatıb.
“Hazırda qoşulma növləri üzrə şagirdlərin 82 faizi genişzolaqlı internet, 18 faizi isə digər qoşulma vasitələri ilə əhatə olunur. Bununla yanaşı, illər üzrə orta internet trafiki də artım tendensiyası göstərir. 2018–2019-cu illərdə 10 Gb/s olan orta trafik həcmi 2021-ci ildə 15 Gb/s-ə, 2022-ci ildə 26 Gb/s-ə yüksəlib. Artım davam edərək 2025-ci ildə 41 Gb/s, 2026-cı ildə isə 47 Gb/s səviyyəsinə çatıb”, - V.Xəlilov bildirib.
Son xəbərlər
Son Xəbərlər