İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı

interpolun-axtarisa-verdiyi-azerbaycan-vetendasi-moskvada-saxlanildi
Oxunma sayı: 4271

Moskvada İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, 36 yaşlı kişi martın 21-də yol polisi əməkdaşları tərəfindən Xovrino ərazisində saxlanılıb. 

Şübhəli şəxslə bağlı oriyentasiya Azərbaycan İnterpolundan, Bakıdan gəlib. Orada həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir. 

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin adı açıqlanmayıb.