İntihara cəhd edən 72 yaşlı qadın xəstəxanada öldü

intihara-cehd-eden-72-yasli-qadin-xestexanada-oldu
Oxunma sayı: 1991

Gəncədə intihara cəhd edən qadın xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün şəhərin Məhsəti qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Daşkəsən rayon sakini M.Qurbanova yaşadığı evdə özünü asıb. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan M.Qurbanova bu gün xəstəxanada vəfat edib.

Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli