İordaniyada şahzadə Hüseyn və Rəcva Əl-Saifənin toyu olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir Əmmandakı Zəhran Sarayının bağlarında keçirilib.
Mərasimə bir çox tanınmış simalar və yüksəkvəzifəli şəxslər dəvət olunub. Toyda 140-a yaxın qonaq iştirak edib.
Onların arasında Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton olub.