“Apple” şirkəti bu ilin birinci rübü üçün öz gəlir proqnozlarını gözdən keçirdəndən sonra yenidən “iPhone” modellərinin istehsalını məhdudlaşdırıb.
“Qafqazifo” Technote-yə istinadən xəbər verir ki, yanvardan marta kimi “iPhone” istehsalı 10% məhdudlaşdırılacaq.
“Apple” şirkəti artıq “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR” modellərinin sifarişlərinin aşağı enməsi barədə istehsalçı şirkətlərə məlumat verib. Qeyd edilən müddətdə 47-48 milyon ədəd smartfon istehsal edilməli olsa da, bu say 40 milyon ədədə endirilib.
Xatırladaq ki, bir müddət öncə şirkətin CEO-su Tim Kuk müsahibələrinin birində ABŞ-la Çin arasında olan ticarət müharibəsinin “Apple” şirkətinə böyük zərər vurduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər