“Bəşəriyyəti narahat edən məsələ iqlim dəyişmələridir. Azərbaycanda 3 əsri əhatə edən məlumatlar var. Son illərdə iqlimdə istiləşmə gedir. Bu istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində şaxtalı günlərin sayı azalıb:
“Yağıntıların miqdarında azalma görülür. Bu proses dünyanın başqa ölkələrində də baş verir”.
U. Tağıyeva həmçinin vurğulayıb ki, hava məlumatlarının hazırlanmasında Proqnozlar Bürosunda 56 nəfər fəaliyyət göstərir: “Hava proqnozlarının ərsəyə gəlməsi üçün respublikada 1000 nəfərdən artıq olan heyət çalışır. Ən ucqar, dağlıq yerlərdə belə işləyən mütəxəssislərimiz var. Onların da proqnozların ərsəyə gəlməsində əməyi böyükdür”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər