İran AEBA-nı təcili iclas keçirməyə çağırdı

iran-aeba-ni-tecili-iclas-kecirmeye-cagirdi
Oxunma sayı: 1597

İran xarici işlər naziri Abbas Araqçı İsrailin ölkəsinin nüvə obyektlərinə hücumu ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini İdarə Heyətinin təcili iclasını keçirməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran XİN-in teleqram kanalında bildirilib.

“İran XİN rəhbəri Abbas Araqçı AEBA-nın baş direktoru Rafael Qrossiyə məktub göndərib. Məktubda ona İsrailin İranın nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləməyə çağırış edilib”, - məlumatda qeyd olunub.