Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”in xüsusi buraxılışında bölgədəki hərbi gərginlik və İranın strategiyası ilə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, nazir İranın hazırkı hərbi durumu və atdığı addımları qiymətləndirib.
Onun sözlərinə görə, Tehran özünə qarşı təzyiqləri artdıqca, bölgədəki digər ölkələrin enerji infrastrukturunu hədəf almaqla dünya iqtisadiyyatına və enerji təhlükəsizliyinə təsir göstərməyə çalışır:
“İran indi “getsəm, bölgəni də özümlə aparacağam” kimi davranır. Müharibənin gələcək taleyi və müddəti hücum edən tərəflərin hədəflərindən asılıdır. Burada iki əsas məqsəd ortaya çıxır: birincisi, İranın hərbi imkanlarının tamamilə aradan qaldırılması, ikincisi isə rejim dəyişikliyini hədəfləyən daha genişmiqyaslı əməliyyat perspektividir. Müharibənin forması bu iki məqsəddən hansının ön plana çıxacağına görə dəyişəcək”.
Nazir əlavə edib ki, Türkiyə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün müəyyən ölkələrlə intensiv təmaslar qurur və regional konsensus yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.
Son xəbərlər
Son Xəbərlər