İran kütləvi hərbi təlimlərə başlayır

iran-kutlevi-herbi-telimlere-baslayir
Oxunma sayı: 1780

“İran ölkə sərhədlərində kütləvi hərbi təlimlərə start verir”.

“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə açıqlama verib.

“Şənbə günündən başlayaraq müdafiə qabiliyyətinin azalmadığını, əksinə gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlər başlanacaq”, - nazir qeyd edib.