“İran müharibəyə hazırdır!”

iran-muharibeye-hazirdir
Oxunma sayı: 5678

“İran müharibə aparmağa hazırdır, lakin bunu başlatmağa can atmır”.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O vurğulayıb ki, ABŞ ilə münasibətlərdə “diplomatik yol” hələ davam edə bilər.

Nazirin fikrincə, diplomatiyanın alternativi müharibədir, ona görə də dövlətlər diplomatik vasitələrdən istifadə etməyə çalışırlar. Lakin o etiraf edib ki, bəzi hallarda münaqişə qaçılmazdır.

“İran həmişə müharibədən yayınıb, lakin buna tam hazırdır və bundan qorxmur”, - Araqçı bildirib.