“İran Vyana Konvensiyasını yerinə yetirməlidir”

iran-vyana-konvensiyasini-yerine-yetirmelidir
Oxunma sayı: 2661

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tehranda səfirliyimizə hücumla bağlı İrana çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat öz tviter hesabında paylaşım edib.

Leyla Abdullayeva hücum nəticəsində səfirliyin təhlükəsizlik işçisinin həlak olduğunu və yaralananların olduğunu bildirib: “Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyir və ev sahibi ölkənin Vyana Konvensiyasını yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid edilib, daha iki nəfər yaralanıb.

Xatırladaq ki, Diplomatik Əlaqələr Haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunub.

Azərbaycan 21 iyul 1992-ci ildə Vyana Konvensiyasına qoşulub.

Konvensiyanın maddələrinə əsasən, konsulluq münasibətlərinin qurul­ması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır.

Həmçinin Konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz.

Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.

Həmçinin oxuyun: Сотрудник посольства рассказал, как произошел инцидент - Видео