İrana qarşı sanksiyalar genişləndirildi

irana-qarsi-sanksiyalar-genislendirildi
Oxunma sayı: 1290

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə məhdudiyyətlər qoyulanlar siyahısına Əli Bayanduryan daxil edilib. Həmçinin onun “Triliance Petrochemica” şirkəti də siyahıya salınıb.

Bundan başqa, 1 nəfər Çin vətəndaşına və Çinin bir neçə firmasına sanksiya qoyulub.