İranda daha 3 nəfər edam cəzasına məhkum edildi

iranda-daha-3-nefer-edam-cezasina-mehkum-edildi
Oxunma sayı: 1644

İranda daha 3 nəfər edam cəzasına məhkum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin edamlara səbəb kimi şəxslərin nümayişlərdə təhlükəsizlik əməkdaşlarını qəsdən öldürmələri göstərilir.

Hazırda İranda azı 29 nəfər edam cəzası ilə mühakimə olunur.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının son hesabatına görə, etirazlarda 516 nümayişçi həyatını itirib, həbs olunan və nəzarətə alınanların sayı isə 20 minə yaxınlaşıb.