İranda İzzəddin Həsənoğlunun məzarı dağıdıldı - Fotolar

iranda-izzeddin-hesenoglunun-mezari-dagidildi
Oxunma sayı: 11549

İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan folklorşünası, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradan İzzəddin Həsənoğlunun ötən il bərpa olunmuş məzarı yenidən dağıdılıb.

Qeyd edək ki, şairin məzarı Xorasan şəhərində yerləşir.