İranda Xomeyninin türbəsinə silahlı hücum - Ölən və yaralılar var

iranda-xomeyninin-turbesine-silahli-hucum
Oxunma sayı: 909

İranda parlamentə silahlı hücumdan sonra Tehranda yerləşən imam Xomeyninin türbəsi qarşısında da atışma baş verib. 

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, türbəyə girən silahlı şəxs qarşısına çıxan insanlara atəş açıb, nəticədə yaralıların olduğu bildirilir. 

Qeyd edək ki, parlamentə hücum edən silahlı şəxs iki nəfəri yaralayıb. 

***

Türbəyə 3 nəfərin hücum etdiyi məlum olub. Onlardan ikisi ələ keçib, biri isə intihar edib.