İranda zavodda partlayış - Ölən və yaralananlar var

iranda-zavodda-partlayis
Oxunma sayı: 1501

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı daha 7 nəfər yaralanıb.

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. 

Partlayışın səbəbləri araşdırılır.